https://news.day.az/azerinews/1870339.html Fərdi xərçəng peyvəndi residiv riskini 42 faiz azaldıb Amerikanın Moderna və Merck şirkətlərinin hazırladığı fərdiləşdirilmiş melanoma peyvəndi klinik sınaqlarda ümidverici nəticələr göstərib. Standart immunoterapiya ilə birlikdə tətbiq olunan mRNA peyvəndi xəstəliyin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.

Fərdi xərçəng peyvəndi residiv riskini 42 faiz azaldıb

Azərbaycanca, 29 октября 2026 01:39 (UTC +04:00) 208
Fərdi xərçəng peyvəndi residiv riskini 42 faiz azaldıb

Amerikanın Moderna və Merck şirkətlərinin hazırladığı fərdiləşdirilmiş melanoma peyvəndi klinik sınaqlarda ümidverici nəticələr göstərib. Standart immunoterapiya ilə birlikdə tətbiq olunan mRNA peyvəndi xəstəliyin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb.

Day.Az xəbər verir ki, III mərhələ klinik sınaqlarında 1 137 melanoma xəstəsi iştirak edib. Nəticələrə görə, iki ildən sonra peyvənd alan xəstələrin 82 faizində xəstəlik təkrarlanmayıb. Yalnız standart müalicə alan qrupda bu göstərici 70 faiz olub.

Peyvənd hər xəstənin şişindəki genetik mutasiyalar əsasında fərdi hazırlanır və immun sisteminin xərçəng hüceyrələrini tanımasına kömək edir. Dərman hələ standart müalicə kimi təsdiqlənməyib və onun uzunmüddətli nəticələri araşdırılır. Peyvənd sağlam insanlarda xərçəngin qarşısını almaq üçün deyil, əməliyyatdan sonra xəstəliyin təkrarlanma riskini azaltmaq üçün nəzərdə tutulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости