https://news.day.az/azerinews/1870452.html Türkiyə daha bir ərəb dövlətində hərbi baza yaradır Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaradılması ilə bağlı təklif göndərib. Day.Az xəbər verir ki, "Hürriyet" qəzetinin məlumatına görə, baza Türkiyənin Qətərdəki hərbi bazasının modeli əsasında yaradıla bilər. Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən ikitərəfli saziş əsasında fəaliyyət göstərir.

Türkiyə daha bir ərəb dövlətində hərbi baza yaradır

Azərbaycanca, 29 октября 2026 10:44 (UTC +04:00) 237
Türkiyə daha bir ərəb dövlətində hərbi baza yaradır

Səudiyyə Ərəbistanı Türkiyəyə öz ərazisində hərbi baza yaradılması ilə bağlı təklif göndərib.

Day.Az xəbər verir ki, "Hürriyet" qəzetinin məlumatına görə, baza Türkiyənin Qətərdəki hərbi bazasının modeli əsasında yaradıla bilər.

Türkiyənin Qətərdəki hərbi bazası 2015-ci ildən ikitərəfli saziş əsasında fəaliyyət göstərir. Açıq mənbələrin məlumatına görə, burada təxminən 3 min türk hərbçisi yerləşdirilib. Baza birgə hərbi təlimlər və Qətər Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığı üçün istifadə olunur.

Səudiyyə Ərəbistanında hərbi bazanın yaradılması məsələsinə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə haqqında Məkkə sazişi ölkənin parlamenti tərəfindən ratifikasiya edildikdən sonra baxıla bilər. Sənəd bu həftə parlamentin Xarici əlaqələr komissiyasından keçib və indi bütövlükdə parlament tərəfindən təsdiqlənməlidir. Həmçinin, Türkiyə parlamenti xaricə hərbçilərin göndərilməsinə dair mandat verməli və zəruri hesab edərsə, bazanın yaradılması haqqında ayrıca sənəd qəbul etməlidir.

Hürriyet qəzetinin məlumatına görə, Türkiyə yeni təhlükəsizlik konsepsiyası çərçivəsində ikitərəfli sazişlər və müxtəlif alyanslar çərçivəsində əldə olunan razılaşmalar əsasında Afrika və Asiya başda olmaqla, müxtəlif qitələrdə hərbi mövcudluğunu genişləndirməyi nəzərdən keçirir. Bu, qismən ABŞ-nin 2027-2028-ci illərdə Yaxın Şərqdə birbaşa hərbi mövcudluğunu azaltmaq planları ilə əlaqədardır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости