https://news.day.az/azerinews/1870572.html Ölən şəxsin cəriməsi ÖDƏNİLMƏLİDİR? Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145.1.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya qanuni qaydada ölmüş hesab edildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasına xitam verir.

Ölən şəxsin cəriməsi ÖDƏNİLMƏLİDİR?

Azərbaycanca, 29 октября 2026 15:58 (UTC +04:00) 305
Ölən şəxsin cəriməsi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145.1.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya qanuni qaydada ölmüş hesab edildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasına xitam verir. Bu səbəbdən şəxsin dünyasını dəyişməsi ilə onun dövlət qarşısındakı bütün inzibati cərimə öhdəlikləri hüquqi qüvvəsini itirmiş sayılır.

İnzibati cərimələr fərdi (şəxsi) məsuliyyət xarakteri daşıdığı üçün yalnız xətanı törədən şəxsin özünə tətbiq edilir və başqasına ötürülə bilməz. Şəxsin ölümündən sonra cərimə qərarını vermiş müvafiq dövlət qurumu tərəfindən icraya xitam verilməsi barədə rəsmi qərardad qəbul edilir. Vərəsələr ölmüş şəxsin yalnız mülki-hüquqi öhdəliklərini (kredit, vergi və ya digər şəxsi borcları) onlara qalan miras əmlakın dəyəri həcmində ödəyirlər, lakin yol hərəkəti qaydalarının pozulması kimi inzibati cərimələrin ödənilməsinə görə heç bir məsuliyyət daşımırlar.

Qısacası, vəfat etmiş şəxsin inzibati cərimələri tamamilə ləğv edilir və onun ödənilməsi vərəsələrindən (varislərindən) tələb oluna bilməz. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости