https://news.day.az/azerinews/1876027.html Saytların xəbərin vaxtını dəyişdirməsi qadağandır? Onlayn media saytları həm özləri barədə əsas məlumatları oxucular üçün əlçatan etməli, həm də xəbərlərin ilk yayımlandığı tarixi dəyişməz saxlamalıdır. Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Saytların xəbərin vaxtını dəyişdirməsi qadağandır?

Azərbaycanca, 21 ноября 2026 11:13 (UTC +04:00) 317
Saytların xəbərin vaxtını dəyişdirməsi qadağandır?

Onlayn media saytları həm özləri barədə əsas məlumatları oxucular üçün əlçatan etməli, həm də xəbərlərin ilk yayımlandığı tarixi dəyişməz saxlamalıdır.

Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafiq müddəalar öz əksini tapıb.

Beləki, onlayn media subyektləri öz veb-saytlarında media qurumunun adını, VÖEN-ini, domen adının sahibini, məsul redaktorun soyadını, adını və atasının adını, eləcə də fəaliyyət ünvanını və əlaqə vasitələrini göstərməlidir.

 

Bu məlumatlar saytın "Əlaqə" bölməsində yerləşdirilməli və istifadəçilər ana səhifədən həmin bölməyə birbaşa daxil ola bilməlidirlər.

Bundan başqa, onlayn mediada hər hansı materialın ilk dəfə yayımlandığı tarix qeyd olunmalı və sonradan dəyişdirilməməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости