https://news.day.az/azerinews/1876253.html ABŞ-yə məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub - SEPAH İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış "MQ-1" tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

ABŞ-yə məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub - SEPAH

Azərbaycanca, 22 ноября 2026 13:32 (UTC +04:00) 117
ABŞ-yə məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub

İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış "MQ-1" tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin hərbçiləri korpusun yeni və müasir hava hücumundan müdafiə sisteminin köməyi ilə Hörmüz boğazının şərqində ABŞ-yə məxsus, uçuş məsafəsi artırılmış MQ-1 tipli 20-ci kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını ələ keçirərək məhv ediblər", - deyə bəyanatda bildirilib.

SEPAH-ın məlumatına görə, bu, son 24 saat ərzində korpusun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan dördüncü ABŞ kəşfiyyat-zərbə PUA-sıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости