Bir neçə məhkəməyə yeni hakimlər təyin edilib - SİYAHI
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda bir neçə məhkəməyə yeni hakimlər təyin edilib.
Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilib.
Belə ki, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Gəncə Apelyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Bundan əlavə, Bakı, Sumqayıt və Şirvan Apelyasiya məhkəmələrinə də hakimlər təyin edilib.
Kəmalə Abiyeva Bakı Apelyasiya Məhkəməsinə, Xəyalə Cəmilova və Fərmayıl Zeynallı Sumqayıt Apelyasiya Məhkəməsinə, Rafael Eyvazov isə Şirvan Apelyasiya Məhkəməsinə hakim təyin olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре