Ən böyük çəhrayı brilyant satışa çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın ən böyük çəhrayı brilyantı olan "The Pink Raj" satışa çıxarılıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, 37 karatlıq brilyant "Sotheby"nin Londondakı hərracında təqdim olunub.

Start qiyməti 20 milyon dollar olan brilyantın satış lotu bu gün 30 milyon dollara yüksəlib.

Həddən artıq nadir olan brilyant noyabrın 15-də Cenevrədə keçiriləcək hərracda satılacaaq. "The Pink Raj" üçün minimum 60 milyon dollar ödəniləcəyi gözlənilir.

2014-cü ildə Cenevrədə 24,78 karatlıq çəhrayı brilyant 46 milyon dollara satılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.