Bakı-Sumqayıt arasında qanunsuz sərnişindaşıma davam edir - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Bakıdan Sumqayıta və əks istiqamətə mikroavtobuslar yenə qanunsuz olaraq sərnişin daşıyırlar. Gün ərzində yüzlərlə sərnişin bu avtobuslardan istifadə edir. Eyni mənzərəni gündüz saatlarında da müşahidə etmək olur. Daxilində konstruksiya dəyşiklikləri edilən mikroavtobuslar keçirilən reydlərə baxmayaraq, yenə əvvəlki kimi qanunsuz sərnişindaşıma ilə məşğuldurlar
Day.Az "xezerxeber"ə istinadən bildirir ki, Bakıda da mənzərə fərqli deyil. Sumqayıtdan Bakıya sərnişin gətirən mikroavtobuslar əks istiqamətdə də eyni işi görürlər.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsindən bildirildi ki, qanunsuz fəaliyyət göstərən mikroavtobuslar şəhərdə çoxluq təşkil edir.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, kiçik tutumlu nəqliyyat avtobusu ilə sərnişindaşımaya nəzarət onlar tərəfindən həyata keçirilmir. Agentlik yalnız paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımada istifadə olunan avtobuslara nəzarət edən qurumdur.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, mikroavtobus sürücüləri əsasən pik saatlarda polislərin hərəkəti tənzimlədiyi bir vaxtda vəziyyətdən sui-istifadə edərək bu əməllərini həyata keçirirlər. Buna baxmayaraq mütəmadi olaraq polis əməkdaşları qanunsuz sərnişin daşıyan belə sürücülərə qarşı daim mübarizə aparır və bundan sonra da aparacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре