https://news.day.az/society/517941.html
Külək iki rayonu viran elədi - YENİLƏNİB - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
--------
13:18
11:35
Sentyabrın 4-dən 5-nə keçən gecə ölkənin şimal-qərb bölgəsində - Zaqatala və Balakən rayonlarında güclü külək və yağış müşahidə olunub.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, Zaqatalada 600-dən çox irigövdəli ağac və 120 ədəd elektrik dirəyi aşıb. Qaz xətləri sıradan çıxıb, yollara ziyan dəyib. Şəhər ərazisində 300-dən çox müxtəlif təyinatlı binaya, eləcə də 8 avtomobilə ziyan dəyib. Fəsadları aradan qaldırmaq üçün gecə saatlarından etibarən ərazilərə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb ediliblər. Nəqliyyat və piyadaların hərəkətini təmin etmək məqsədilə hazırda küçələrdə təmizlik işləri davam edir.
Rayona elektrik və qazın verilişi dayandırılıb. Baş vermiş hadisə ilə bağlı Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Hər iki nazirlik komissiya yaradaraq rayona ezam edib. Təbii fəlakət nəticəsində rayona dəymiş ziyanın miqdarı hesablanır.
---------
13:18
Külək iki rayonu viran elədi - YENİLƏNİB - FOTO
--------
13:18
Milli.Az Kanal S-ə istinadən bildirir ki, güclü külək Balakəndə ciddi fəsadlar törədib. 3 saata yaxın davam edən təbii fəlakət nəticəsində rayonda elektrik, qaz və su xətlərinə ziyan dəyib. Nəticədə rayona elektrik və təbii qazın verilişi, eləcə də bəzi ərazilərə suyun verilişi dayandırılıb.
Rayonda 8 məktəb, 7 uşaq bağçası, 7 kommunal bina və ümumilikdə 150-dən çox fərdi yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib. Daha çox fəsadlar dağətəyi kəndlərdə qeydə alınıb. Hazırda rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir. Dəymiş ziyanın miqdarı hesablanır.
11:35
Sentyabrın 4-dən 5-nə keçən gecə ölkənin şimal-qərb bölgəsində - Zaqatala və Balakən rayonlarında güclü külək və yağış müşahidə olunub.
Milli.Az Kanal S-ə istinadən bildirir ki, Zaqatalada 600-dən çox irigövdəli ağac və 120 ədəd elektrik dirəyi aşıb. Qaz xətləri sıradan çıxıb, yollara ziyan dəyib. Şəhər ərazisində 300-dən çox müxtəlif təyinatlı binaya, eləcə də 8 avtomobilə ziyan dəyib. Fəsadları aradan qaldırmaq üçün gecə saatlarından etibarən ərazilərə Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb ediliblər. Nəqliyyat və piyadaların hərəkətini təmin etmək məqsədilə hazırda küçələrdə təmizlik işləri davam edir.
Rayona elektrik və qazın verilişi dayandırılıb. Baş vermiş hadisə ilə bağlı Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Hər iki nazirlik komissiya yaradaraq rayona ezam edib. Təbii fəlakət nəticəsində rayona dəymiş ziyanın miqdarı hesablanır.
---------
13:18
Böyütmək üçün şəkillərə klikləyin.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре














