https://news.day.az/society/717909.html İltimas Məmmədov internetdə yaranmış problemdən DANIŞDI

İltimas Məmmədov internetdə yaranmış problemdən DANIŞDI

Общество, 17 ноября 2015 00:34 (UTC +04:00) 4 726
İltimas Məmmədov internetdə yaranmış problemdən

Day.Az представляет новость на азербайджанском языке.

Günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem artıq aradan qaldırılıb.

Bunu "APA-Economics"ə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən İltimas Məmmədov deyib.

"Təxminən 22:00 radələrində problem aradan qaldırılıb. İnternet artıq var, qoşulur... Digər texniki məsələlərlə mütəxəssislərimiz məşğul olur. Əsas odur ki, problem aradan qalxır, internet var. Artıq regionlar, Naxçıvan internetə qoşulub, Bakı da qoşulmaqdadır", - deyə İ. Məmmədov bildirib.

Qeyd edək ki, bu gün saat 15:10 radələrindən etibarən Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalıb. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğındır. Hadisə yerinə yanğınsöndürən birqadalar cəlb olunub, qısa zamanda yanğın aradan qaldırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости