https://news.day.az/azerinews/1362483.html Yeni vaqonlar xəttə buraxılandan sonra köhnə qatarlar doğranacaq Bakıya gətirilən yeni vaqonlar xəttə buraxılandan sonra istismar müddətini başa vuran köhnə qatarlar utilizasiya ediləcək. Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolarla iş departamentinin rəisi Faiq Əhmədov deyib.

Yeni vaqonlar xəttə buraxılandan sonra köhnə qatarlar doğranacaq

Azərbaycanca, 17 июля 2021 11:49 (UTC +04:00) 443
Yeni vaqonlar xəttə buraxılandan sonra köhnə qatarlar doğranacaq

Bakıya gətirilən yeni vaqonlar xəttə buraxılandan sonra istismar müddətini başa vuran köhnə qatarlar utilizasiya ediləcək.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Depolarla iş departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, köhnə qatarlar 81717 seriyalı, yeni qatarlar isə 81760-81765 seriyalıdır: "Sazlanma sınaq işləri başa çatandan sonra yeni qatar tərkibləri xəttə buraxılacaq, 81717 seriyalı qatarlar isə xətdən çıxarılacaq. Xətdən çıxarılacaq köhnə qatarlar artıq 31 ildir ki, istismar olunur. Həmin qatarlar xətdən çıxarılaraq xüsusi avadanlıqlar söküləcək və vaqonlar utilizasiya edilmək üçün təhvil verilərək doğranacaq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости