Bakıda keçirilən COP29-dan FOTOSESSİYA
Xəbər verdiyimiz kimi, bu gün Bakıda Bakı Olimpiya Stadionunda COP29 Konfransının açılış mərasimi keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimi çərçivəsində COP29-da sədrlik Azərbaycana verilib, Muxtar Babayev isə COP29-un prezidenti seçilib.
Bu böyük tədbir sayəsində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, liderlər və iqlim üzrə ekspertlər bir araya gəldilər.
COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.
"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Trend-in əməkdaşı COP29-un ilk günündən ən maraqlı anları kamerasının yaddaşına köçürüb:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре