https://news.day.az/azerinews/1832995.html "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb - FOTO Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

"Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb - FOTO

Azərbaycanca, 7 мая 2026 17:41 (UTC +04:00) 334
"Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb

Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Bu barədə Day.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.
Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.
Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

  • "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb
  • "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb
  • "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb
  • "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb
  • "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb
  • "Hayal Kahvesi"ndə vaxtı keçmiş məhsullar aşkarlanıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости