https://news.day.az/azerinews/1849269.html Messi Argentina millisində karyerasını bitirdi Argentinalı futbol ulduzu Lionel Messi milli komandadakı karyerasını başa vurub. Day.Az xəbər verir ki, bu barədə idman jurnalisti Ernan Kastilyo məlumat yayıb.

Messi Argentina millisində karyerasını bitirdi

Azərbaycanca, 21 июля 2026 11:03 (UTC +04:00) 340
Messi Argentina millisində karyerasını bitirdi

Argentinalı futbol ulduzu Lionel Messi milli komandadakı karyerasını başa vurub.

Day.Az xəbər verir ki, bu barədə idman jurnalisti Ernan Kastilyo məlumat yayıb.

Onun sözlərinə görə, DÇ-2026-nın final matçı başlamazdan əvvəl hücumçu geyinib-soyunma otağında çox təsirli və emosional bir nitqlə çıxış edib və bu matçının onun Argentina yığmasındakı son oyunu olacağını dilə gətirib.

2026-cı il futbol üzrə dünya çempionatının finalında Argentina millisi əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

Hazırda 39 yaşı olan Messi 2023-cü ildən Şimali Amerika Futbol Liqasında (MLS) çıxış edən "İnter Mayami" klubunun formasını geyinir. O, daha əvvəl Fransanın PSJ və İspaniyanın "Barselona" klublarında çıxış edib. Messi "Barselona" ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости