https://news.day.az/azerinews/1849601.html “Dream Fest” ziyarətçiləri üçün AYNA xüsusi avtobuslar ayırıb Bakıda 23-26 iyul tarixlərində keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ziyarətçilərin rahat və təhlükəsiz daşınması üçün xüsusi avtobuslar ayrılıb.

“Dream Fest” ziyarətçiləri üçün AYNA xüsusi avtobuslar ayırıb

Azərbaycanca, 22 июля 2026 17:25 (UTC +04:00) 269
“Dream Fest” ziyarətçiləri üçün AYNA xüsusi avtobuslar ayırıb

Bakıda 23-26 iyul tarixlərində keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalı ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ziyarətçilərin rahat və təhlükəsiz daşınması üçün xüsusi avtobuslar ayrılıb.

AYNA-dan bildirilib ki, məqsəd festival iştirakçılarının rahat gediş-gəlişini təmin etmək və yollarda yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaqdır.

 

Məlumata görə, 23-26 iyul tarixlərində hər gün saat 17:00-dan 19:30-dək "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze" istiqamətinə, saat 22:00-dan 00:00-dək isə əks istiqamətdə ödənişsiz avtobus reysləri təşkil ediləcək.

AYNA "Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olduğunu nəzərə alaraq, festival iştirakçıları və qonaqlara səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslardan istifadə etməklə həyata keçirməyi tövsiyə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости