Tramp İrana qarşı əməliyyatın genişləndirilməsi ehtimalından danışıb
İrana genişmiqyaslı zərbələrin endirilməsi barədə hələ yekun qərar qəbul edilməyib.
Day.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Xeyr, biz hazırda onlarla (İranla) danışırıq. Düşünürəm ki, onlar hər keçən gün daha ciddi mövqe nümayiş etdirirlər. Bunun səbəbi yəqin ki, hamıya aydındır. Amma biz onlarla danışıqlar aparırıq", - deyə o, bununla bağlı sualı cavablandırarkən bildirib.
Bundan əvvəl Tramp ABŞ-nin İranla münaqişədən çıxış strategiyasının ya hərbi əməliyyatların genişləndirilməsini, ya da razılaşmanın əldə olunmasını nəzərdə tutduğunu demişdi. O bildirmişdi ki, hərbi variant zərbələrin getdikcə daha sərt şəkildə davam etdirilməsini ehtiva edir. Bununla yanaşı, daha məntiqli yolun razılığa gəlmək olduğunu vurğulamışdı. Tramp qeyd edib ki, İrana qarşı zərbələrin intensivləşdirilməsi ilə bağlı hələlik yekun qərar qəbul etməyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре