Bakıda 6 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda təmir işləri ilə əlaqədar 6 avtobus marşrutunun hərəkəti alternativ küçələrlə təşkil olunacaq.
Day.Az xəbər verir ki, bu barədə Azəbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, paytaxtın Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir:
"Məhdudiyyət səbəbindən 7-10 avqust tarixlərində 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.
Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və
Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.
14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре