https://news.day.az/azerinews/1852988.html Paytaxtda bəzi avtobus dayanacaqlarının fəaliyyəti dayandırılacaq Avqustun 10-da paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfində təmir işləri aparılacaq.

Paytaxtda bəzi avtobus dayanacaqlarının fəaliyyəti dayandırılacaq

Azərbaycanca, 9 августа 2026 21:30 (UTC +04:00) 289
Paytaxtda bəzi avtobus dayanacaqlarının fəaliyyəti dayandırılacaq

Avqustun 10-da paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfində təmir işləri aparılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin və diskomfortun yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.

Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости