https://news.day.az/azerinews/1857006.html Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb - FOTO Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə nəzarət tədbirlərini davam etdirir.

Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb - FOTO

Azərbaycanca, 31 августа 2026 19:56 (UTC +04:00) 371
Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə nəzarət tədbirlərini davam etdirir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Day.Az-a verilən məlumata görə, cari ilin avqust ayı ərzində həyata keçirilən tədbirlər çərçivəsində aşkar edilmiş içkilərin etiket məlumatlarının tələblərə uyğun olmadığı, başlıq hissəsinin təkrar bərkidildiyi, bəzi içkilərin aksiz markasız olduğu və ya aksiz markasının saxta olmasına əsaslı şübhələr olduğu müəyyən edilib. Həmin içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Belə ki, Bakı şəhərində, Abşeron və Lənkəran rayonlarında saxta alkoqollu içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb və qanunvericilik çərçivəsində digər zəruri tədbirlər görülüb.

Əlavə olaraq Kürdəmir rayonunda qanuna zidd olaraq təsdiq edilmədən alkoqollu içki emalı həyata keçirilən müəssisədə başqa istehsalçıya məxsus etiketlər, həmçinin mənşəyi məlum olmayan, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan etil spirti aşkar edilərək qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb.

  • Saxta alkoqollu içkilərin dövriyyəyə buraxılmasının qarşısı alınıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости