https://news.day.az/azerinews/1857013.html Messi milli komandadakı karyerasını başa vurub Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb. Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı verməyin onun üçün çox çətin olduğunu bildirib: "Milli komandadan getdiyimi hər kəsə açıqlamaq istəyirəm.

Messi milli komandadakı karyerasını başa vurub

Azərbaycanca, 31 августа 2026 20:47 (UTC +04:00) 144
Messi milli komandadakı karyerasını başa vurub

Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı verməyin onun üçün çox çətin olduğunu bildirib:

"Milli komandadan getdiyimi hər kəsə açıqlamaq istəyirəm. Bu qərar ruhumu ağrıtdı və hələ də ağrıdır. Amma vaxtının çatdığını düşünürəm".

Argentina millisinin formasını hər zaman böyük bağlılıqla daşıdığını vurğulayan ulduz futbolçu bildirib ki, komandası uğur qazanmamışdan əvvəl də bu forma uğrunda mübarizə aparıb.

Messi bundan sonra millidə oynamağa layiq olan gənc futbolçuların yetişdiyini qeyd edib:

"Özümü tamamilə verdim və artıq verəcək daha nəyinsə qalmadığını hiss edirəm. Arxadan çox böyük futbolçular gəlir və onlar burada olmağa layiqdirlər".

Argentina azarkeşlərinə 20 illik dəstəklərinə görə təşəkkür edən Messi bundan sonra milli komandanı tribunadan dəstəkləyəcəyini bildirib.

Ulduz futbolçu ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və rəhbərliyə də minnətdarlığını ifadə edib. Messi vida mesajını finaldan iki gün sonra, iyulun 21-də yazdığını, daha sonra atası ilə bağlı yaşanan hadisədən sonra isə qərarından daha da əmin olduğunu qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости