Tramp İran xalqına müraciət edib
ABŞ-nin Prezident Donald Tramp İran xalqına müraciət edib.
Day.Az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb
Trampın sözlərinə görə, zərbələrdən sonra İran iqtisadiyyatı faktiki olaraq çökməkdədir.
"Mövcud vəziyyətimiz mənim daha çox qane edir: biz Hörmüz boğazına demək olar ki, tam nəzarət edirik, onların iqtisadiyyatı isə tamamilə çökür. Onlar sadəcə, labüd olanı ləngidirlər", - deyə Tramp yazıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре