https://news.day.az/azerinews/1857700.html
Tramp bu şəxsi Moskva və Kiyevə göndərir
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfər etməyi planlaşdırırlar. Day.Az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.
Tramp bu şəxsi Moskva və Kiyevə göndərir
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfər etməyi planlaşdırırlar.
Day.Az xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər artıq Rusiya və Ukrayna paytaxtlarına səfərlərin ilkin tarixlərini razılaşdırıblar.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Trampın komandasının danışıqlar aparan nümayəndələrinin yaxın günlərdə münaqişənin nizamlanması ilə bağlı Moskva və Kiyevdə yeni görüşlər keçirəcəyini bildirmişdi.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре