https://news.day.az/azerinews/1867002.html Sərxoş sürücü qəza törədib, həyat yoldaşı ölüb - VİDEO Gədəbəydə avtomobilin aşması nəticəsində sürücünün həyat yoldaşı ölüb, 12 yaşlı oğlu xəstəxanaya yerləşdirilib. Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Sərxoş sürücü qəza törədib, həyat yoldaşı ölüb - VİDEO

Azərbaycanca, 14 октября 2026 16:10 (UTC +04:00) 230
Sərxoş sürücü qəza törədib, həyat yoldaşı ölüb

Gədəbəydə avtomobilin aşması nəticəsində sürücünün həyat yoldaşı ölüb, 12 yaşlı oğlu xəstəxanaya yerləşdirilib.

Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 13-də saat 22:00 radələrində Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra idarə etdiyi "VAZ" markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.

Qəza nəticəsində avtomobildə sərnişin olan həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BDYPİ sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin ağır fəsadlarla nəticələnən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladıb. İdarə sürücüləri bu ailə faciəsindən nəticə çıxarmağa və nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etməməyə çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости