https://news.day.az/azerinews/1868081.html TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi nələri dəyişəcək? – Şərh Azərbaycan səhiyyəsində idarəetmə modelinin yenilənməsi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının artırılması üçün yeni imkanlar yaradır.

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi nələri dəyişəcək? – Şərh

Azərbaycanca, 19 октября 2026 16:11 (UTC +04:00) 233
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi nələri dəyişəcək?

Azərbaycan səhiyyəsində idarəetmə modelinin yenilənməsi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi və vətəndaşların səhiyyə xidmətlərinə əlçatanlığının artırılması üçün yeni imkanlar yaradır.

Day.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Trend-ə bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçid kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, yeni model səhiyyə siyasətinin formalaşdırılması ilə tibbi xidmətlərin təşkili arasında daha birbaşa institusional əlaqə yaradır.

"Əsas məsələ yalnız idarəetmə strukturunun dəyişməsi deyil, bu dəyişiklik nəticəsində səhiyyə sisteminin daha çevik, şəffaf, məsuliyyətli və vətəndaşın ehtiyaclarına həssas fəaliyyət göstərməsidir", - deputat qeyd edib.

M.Məmmədli bildirib ki, yeni idarəetmə mərhələsində tibbi xidmətlərin keyfiyyətinə, xəstəxanaların fəaliyyətinə və idarəetmə nəticələrinə görə məsuliyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsi üçün imkan yaranır.

Deputatın fikrincə, xəstəxanaların fəaliyyətinin qiymətləndirilməsində xəstələrin tibbi xidmətə çıxış müddəti, müayinə və müalicənin keyfiyyəti, pasiyent məmnunluğu və maliyyə səmərəliliyi kimi göstəricilər nəzərə alınmalıdır.

O vurğulayıb ki, Azərbaycan səhiyyəsinin qarşısında duran mühüm vəzifələrdən biri Bakı ilə regionlar arasında tibbi xidmətlərə çıxış imkanlarının daha da yaxınlaşdırılmasıdır. Rayon və kənd yerlərində ixtisaslı tibbi xidmətlərə çıxışın genişləndirilməsi, həkim çatışmazlığının aradan qaldırılması və təcili tibbi yardımın operativliyinin artırılması davamlı diqqət tələb edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости