https://news.day.az/azerinews/1868371.html Bu qaydaları pozan tələbələr CƏRİMƏLƏNƏCƏK Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tələbələrin həm ümumi vətəndaş kimi cəmiyyətdə, həm də təhsil müəssisəsinin daxilində törətdiyi müəyyən hüquqazidd hərəkətlər inzibati xəta hesab olunur və pul cərimələri ilə nəticələnir.

Bu qaydaları pozan tələbələr CƏRİMƏLƏNƏCƏK

Azərbaycanca, 20 октября 2026 16:10 (UTC +04:00) 279
Bu qaydaları pozan tələbələr

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, tələbələrin həm ümumi vətəndaş kimi cəmiyyətdə, həm də təhsil müəssisəsinin daxilində törətdiyi müəyyən hüquqazidd hərəkətlər inzibati xəta hesab olunur və pul cərimələri ilə nəticələnir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi fiziki şəxs qismində çıxış edən 16 yaşından yuxarı hər bir şəxsin, o cümlədən tələbələrin məsuliyyət hədlərini və törədilən xətanın növünə görə tətbiq edilən cərimə məbləğlərini dəqiq şəkildə tənzimləyir. Tələbə statusu şəxsi ümumi qanunların icrasından azad etmədiyi üçün universitet ərazisində və ya ictimai yerlərdə qaydaların pozulması birbaşa inzibati tənbeh tədbirlərinin görülməsinə əsas yaradır. 

Tələbənin inzibati cərimə olunmasına səbəb ola biləcək əsas xətalar və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri aşağıdakılardır:

  • İctimai qaydanın pozulması və xırda xuliqanlıq (Maddə 510): Universitet daxilində və ya ictimai yerlərdə söyüş söymək, təhqiramiz ifadələr işlətmək, insanlara açıqca hörmətsizlik nümayiş etdirmək və cəmiyyəti narahat edən digər analoji hərəkətlərə görə 50 manatdan 100 manatadək cərimə nəzərdə tutulur.
  • Tütün məmulatlarının istehlakı (Maddə 212.1): Universitet binalarında, qapalı tədris sahələrində və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla qadağan edilən digər yerlərdə siqaret, qəlyan və ya elektron siqaret çəkməyə görə 30 manat məbləğində cərimə tətbiq olunur.
  • Məişət səs-küyünə yol verilməsi (Maddə 521): Yataqxanalarda və ya yaşayış binalarında gecə vaxtlarında (saat 24-dən 7-dək) səs-küy salmağa, ucadan mahnı oxumağa və ya musiqi alətlərini bərkdən ifa edərək dincəlmə hüququnu pozmağa görə 150 manatdan 200 manatadək cərimə kəsilir.
  • Müəyyən edilməmiş yerlərə məişət tullantılarının atılması (Maddə 266.3): Universitet həyətində və ya küçədə zibilləri xüsusi qablardan kənara atmağa görə fiziki şəxslər 300 manat məbləğində cərimə edilir.
  • Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması (Maddə 338): Tələbələrin yolda piyada keçidlərindən istifadə etməməsi, işıqforun qırmızı işığında keçməsi və ya yolu icazə verilməyən yerdən kəsməsi 20 manat cəriməyə səbəb olur.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости