https://news.day.az/azerinews/1868657.html Pakistanda ağır yol qəzası - 11 ölü, çox sayda yaralı var Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun yolun ayırıcı zolağına çırpılaraq aşması nəticəsində azı 11 nəfər ölüb. Day.Az bu barədə "Free Press Journal" məlumat yayıb.

Pakistanda ağır yol qəzası - 11 ölü, çox sayda yaralı var

Azərbaycanca, 21 октября 2026 17:35 (UTC +04:00) 298
Pakistanda ağır yol qəzası

Pakistanın Pəncab əyalətində sərnişin avtobusunun yolun ayırıcı zolağına çırpılaraq aşması nəticəsində azı 11 nəfər ölüb.

Day.Az bu barədə "Free Press Journal" məlumat yayıb.

Məlumata görə, Kəraçi şəhərindən Dera Qazi Xana gedən avtobus Racanpur bölgəsində, Hind çayı magistralının Banqla Hidayat yaxınlığındakı hissəsində sürücünün idarəetməni itirməsi nəticəsində yolun ayırıcı zolağına çırpılaraq aşıb.

Ölənlərdən savayı 30-dan çox yaralının olduğu bildirilir.

Hadisə yerinə cəlb olunan xilasedicilər ölənlərin cəsədlərini və yaralıları ətrafdakı xəstəxanalara çatdırıblar.

Faktla bağlı cinayət işi açılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости