https://news.day.az/azerinews/1868764.html Naxçıvanda ictimai müzakirələrin keçirilmə qaydası dəyişir Naxçıvanda ictimai müzakirələrin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkili mümkün olacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Naxçıvanda ictimai müzakirələrin keçirilmə qaydası dəyişir

Azərbaycanca, 22 октября 2026 10:22 (UTC +04:00) 207
Naxçıvanda ictimai müzakirələrin keçirilmə qaydası dəyişir

Naxçıvanda ictimai müzakirələrin Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkili mümkün olacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Belə ki, aparıcı komitənin tapşırığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edəcəl. Bu tədbirlər komitənin iclası ilə eyni vaxtda da keçirilə bilər.

İctimai dinləmələr və müzakirələr "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun təşkil olunacaq. Tədbirlər Elektron Hökumət İnformasiya Sistemi üzərindən də keçirilə biləcək və iştirakçılar tarix barədə həmin sistem vasitəsilə məlumatlandırılacaqlar.

İctimai dinləməyə və ya müzakirəyə dəvət edilən şəxslər tədbirin keçirilmə tarixi barədə ən azı 5 gün əvvəl xəbərdar olunmalıdırlar. Təcili elan edilən qanun layihələri ilə bağlı isə bu müddət ən azı 3 gündür.

Ali Məclis birinci oxunuşda qəbul edilmiş qanun layihəsi ilə bağlı ictimai dinləmə və ya ictimai müzakirə keçirilməsi barədə qərar da qəbul edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости