https://news.day.az/azerinews/1868835.html Xocalı və Ağdərəyə növbəti köç olub Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç həyata keçirilib. Trend-in Qarabağ bürosu xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.

Xocalı və Ağdərəyə növbəti köç olub

Azərbaycanca, 22 октября 2026 13:41 (UTC +04:00) 306
Xocalı və Ağdərəyə növbəti köç olub

Xocalı və Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə növbəti köç həyata keçirilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına yola salınıblar.

Köç prosesi çərçivəsində Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badara kəndinə 3 ailə (7 nəfər), Daşbulaq kəndinə 1 ailə (2 nəfər), Xanyurdu kəndinə 2 ailə (5 nəfər) köçürülüb.

 

Bununla yanaşı, Ağdərə rayonunun Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalı kəndinə isə 23 ailə (83 nəfər) yerləşdirilib.

Beləliklə, bu mərhələdə ümumilikdə 44 ailənin 176 üzvünün doğma yurdlarına qayıdışı təmin olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости