https://news.day.az/azerinews/1869089.html Son illər Azərbaycan və Hindistan arasında fikir müxtəlifliyi var idi - Ceyhun Bayramov Son illər ərzində bir sıra məsələlərlə bağlı iki ölkə arasında müəyyən fikir müxtəlifliyi var idi və belə olan təqdirdə bu, istər-istəməz həm ikitərəfli münasibətlərə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də bir sıra əməkdaşlıq imkanlarına təsir edirdi.

Son illər Azərbaycan və Hindistan arasında fikir müxtəlifliyi var idi - Ceyhun Bayramov

Azərbaycanca, 23 октября 2026 13:26 (UTC +04:00) 270
Son illər Azərbaycan və Hindistan arasında fikir müxtəlifliyi var idi

Son illər ərzində bir sıra məsələlərlə bağlı iki ölkə arasında müəyyən fikir müxtəlifliyi var idi və belə olan təqdirdə bu, istər-istəməz həm ikitərəfli münasibətlərə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də bir sıra əməkdaşlıq imkanlarına təsir edirdi.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün çox ətraflı, açıq və konstruktiv formatda bütün bu məsələlər müzakirə edildi.

"Hesab edirəm ki, bu, Azərbaycan-Hindistan münasibətlərinin daha da yüksək səviyyəyə çatdırılmasına ciddi zəmin yaradacaq və bunun nəticələri qısa müddətdə özünü göstərəcək", - Ceyhun Bayramov qeyd edib.

Xarici işlər naziri əlavə edib ki, iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi mühüm məqamdır.

"Bu insanlar arasında əlaqə, turizm, biznes, tələbələrin ölkəmizdə təhsil alması və bir sıra istiqamətlər üçün vacibdir. Bu reyslərin sayının daha da artıq olması barədə müvafiq qurumlar arasında danışıqlar davam edəcək və bu ehtiyac olduğu təqdirdə buna da diqqət yetiriləcək".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости