Dəhşətli qatar qəzasında ölənlərin sayı 46 nəfərə çatıb - YENİLƏNİB
İspaniyanın Urda şəhərində baş vermiş ağır dəmiryolu qəzasında ölənlərin sayı 46 nəfərə çatıb.
Day.Az xəbər verir ki, bu barədə ABC İspaniyanın Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
İnsident AVE və "Iryo" sürət qatarlarının toqquşması nəticəsində baş verib.
Bundan əvvəl yerli KİV 10 nəfərin öldüyünü bildirmişdi.
AVE və "Iryo" qatarları oktyabrın 28-də səhər saatlarında Sevilya ilə Madrid arasında, Urda şəhərindəki stansiyada toqquşub. İlkin məlumata görə, Renfe qatarı Iryo qatarının son vaqonlarına çırpılıb. Nəticədə iki vaqon relsdən çıxaraq dəmir yolu sahəsindən aşağı düşüb.
XXX
14:16
İspaniyada baş verən dəhşətli dəmir yolu qəzası nəticəsində azı 10 nəfər həlak olub. Ölənlərin sayının artacağı ehtimal edilir.
Day.Az xəbər verir ki, El Pais qəzeti İspaniya hökumətinə istinadən məlumat verir ki, qəza bu gün səhər saatlarında Toledo yaxınlığında, Urda stansiyası ərazisində baş verib.
Yüksək sürətli AVE qatarı relslər üzərində dayanmış digər qatarla toqquşub. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb.
Hadisənin səbəbləri və qəzanın dəqiq təfərrüatları araşdırılır.
Qəza ilə əlaqədar Renfe şirkəti Madrid, Syudad-Real və Əndəlus arasında dəmir yolu əlaqəsinin dayandırıldığını açıqlayıb.
Baş verən faciəyə görə İspaniya hökuməti bu gün üçün nəzərdə tutulan planlarını ləğv edib.
Qəza yerində vəziyyət və ölənlərin dəqiq sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре