https://news.day.az/azerinews/1876284.html "Titanik" sərnişininin saatı bu qiymətə satıldı - FOTO "Titanik"in batması nəticəsində həlak olan Meri Manqanın cib saatı 200 min funt sterlinqə (260 min dollar) hərracda satılıb. Day.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb.

"Titanik" sərnişininin saatı bu qiymətə satıldı - FOTO

Azərbaycanca, 22 ноября 2026 18:28 (UTC +04:00) 156
"Titanik" sərnişininin saatı bu qiymətə satıldı

"Titanik"in batması nəticəsində həlak olan Meri Manqanın cib saatı 200 min funt sterlinqə (260 min dollar) hərracda satılıb.

Day.Az Kult.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, 32 yaşlı Manqan 1912-ci ildə İrlandiyanın Kvinstaun şəhərində (indiki Kobh) "Titanik" gəmisinə minib. O, İrlandiyadakı ailəsini ziyarət etdikdən sonra ABŞ-a qayıdırdı. Onun cəsədi Makkay-Bennett gəmisi tərəfindən tapılıb.

Digər tərəfdən, uruqvaylı torpaq sahibi Ramon Qomezin məktubu da hərracda 65 min funt sterlinqə (85 min dollar) satılıb. İspan dilində əlyazma ilə yazılmış məktubda onun gəmidəki həyatı ətraflı təsvir olunub. Məktub qardaşı Adolfo üçün nəzərdə tutulmuşdu. O, ehtimal ki, məktubu Kvinstaunda dayanacaq zamanı poçtla göndərməyi planlaşdırırdı.

Bundan əlavə, Elizabet Braun və qızı Editə məxsus kitab 29 min funt sterlinqə (38 min dollar) hərracda satılıb.

  • "Titanik" sərnişininin saatı bu qiymətə satıldı
  • "Titanik" sərnişininin saatı bu qiymətə satıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости