https://news.day.az/azerinews/1876293.html "BepiColombo" kosmik gəmisi Merkuri planetinin orbitinə daxil olub Avropanın "BepiColombo" kosmik aparatı uzun illər davam edən planetlərarası uçuşunu başa vuraraq Merkuri planetinin orbitinə daxil olub. Bu barədə Avropa Kosmik Agentliyi (ESA) bazar günü məlumat yayıb. Beləliklə, o, tarixdə Günəşə ən yaxın planetin orbitində birbaşa elmi məlumatlar toplayacaq ikinci kosmik aparat olub.

"BepiColombo" kosmik gəmisi Merkuri planetinin orbitinə daxil olub

Azərbaycanca, 22 ноября 2026 18:45 (UTC +04:00) 126
"BepiColombo" kosmik gəmisi Merkuri planetinin orbitinə daxil olub

Avropanın "BepiColombo" kosmik aparatı uzun illər davam edən planetlərarası uçuşunu başa vuraraq Merkuri planetinin orbitinə daxil olub.

Bu barədə Avropa Kosmik Agentliyi (ESA) bazar günü məlumat yayıb.

Beləliklə, o, tarixdə Günəşə ən yaxın planetin orbitində birbaşa elmi məlumatlar toplayacaq ikinci kosmik aparat olub.

Layihənin məqsədi Merkurinin səthinin və onu əhatə edən fəzanın tərkibini öyrənmək, planetin geoloji inkişaf tarixini qiymətləndirmək, səthinin kimyəvi tərkibini və daxili quruluşunu araşdırmaqdır.

Bundan əlavə, planetin maqnit sahəsinin mənşəyi və onun Günəş küləyi ilə qarşılıqlı təsiri təhlil ediləcək, həmçinin qütb bölgələrində hidrogen tərkibli birləşmələrin və su buzunun yayılma xəritəsi hazırlanacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости