https://news.day.az/azerinews/1876294.html Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib Almaniyanın Allqoy regionunda (Bavariya federal torpağı) kilsələrdən birində azı 19 nəfər dəm qazından zəhərlənib. Bu barədə "Focus Online" polisə istinadla məlumat yayıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə Bad-Qrönenbax icmasında istilik sisteminin nasazlığı səbəbindən baş verib. Dörd nəfərin vəziyyəti ağırdır.

Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib

Azərbaycanca, 22 ноября 2026 18:56 (UTC +04:00) 145
Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib

Almaniyanın Allqoy regionunda (Bavariya federal torpağı) kilsələrdən birində azı 19 nəfər dəm qazından zəhərlənib. Bu barədə "Focus Online" polisə istinadla məlumat yayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə Bad-Qrönenbax icmasında istilik sisteminin nasazlığı səbəbindən baş verib.

Dörd nəfərin vəziyyəti ağırdır. Ərazidə təcili yardım xidmətləri, yanğınsöndürmə briqadaları və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı əməliyyat başlayıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəbinin hələ müəyyən olunmadığını bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости