https://news.day.az/azerinews/1876347.html Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini dərc edib və bunun üçün xüsusi yaradılmış saytın linkini paylaşıb.

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Azərbaycanca, 23 ноября 2026 10:41 (UTC +04:00) 154
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini dərc edib və bunun üçün xüsusi yaradılmış saytın linkini paylaşıb.

O bildirib ki, yeni Konstitusiya layihəsinin vətəndaşlar üçün daha əlçatan olması, onların sənədlə rahat tanış ola bilməsi və təkliflərini təqdim etməsi məqsədilə xüsusi internet saytı yaradılıb.

Diqqətçəkən məqam isə yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almamasıdır.

Xatırladaq ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən Konstitusiya müddəası Azərbaycanla sülh sazişinin imzalanması qarşısında əsas maneələrdən biri olub. Həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları yer alıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости