Türkiyəyə qarşı sanksiyalar Rusiyanı çətin duruma salıb
Day.Az представляет новость на азербайджанском языке
Rusiyada 2016-cı ilin başlaması ilə tərəvəz məhsullarının qiymətində 20-30% bahalaşma müşahidə olunur.
Day.Az anspress-ə istinadən bildirir ki, buna əsas səbəb kimi Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalar göstərilir. Belə ki tərəvəz məhsullarına olan tələbat bazarının əsas hissəsini Türkiyənin hesabına ödəyən Rusiya kəskin qiymət artımı ilə üz-üzə qalıb.
Yeni il ərəfəsində 110-130 rubla satılan xiyar və pomidorun qiyməti hazırda 210-260 rubl arasında dəyişir.
Rekord qiymət artımı isə pomidorun qiymətində müşahidə edilib. Kiloqramla satılması nəzərdə tutulan pomidoru artıq ruslar ədədlə almağa məcbur qalıblar. Bir ədədi 2 dollara başa gələn pomidor həddindən artıq bahalaşan tərəvəz məhsuludur. Bu baradə Rusiyanın antimonopoliya idarəsinə həddindən artıq şikayətlər daxil olub.
Hal-hazırda Rusiya tərəvəz bazarındakı ehtiyaclarını müxtəlif ölkələrin hesabına, az da olsa, ödənməyə çalışır. Tomat məhsulunun 60%-ni Türkiyənin hesabına ödəyən Rusiya bazarının 20%-ni türk məhsulları təşkil edirdi.
Əldə edilən son hesablamalara görə, Türkiyə Rusiyaya 2015-ci ilin son 10 ayı ərzində 300 min ton pomidor, 255 min ton sitrus meyvələri, 20 min ton ət və 36 min ton duz ixrac edib.
Bütün bu tərəvəz məhsullarını Kuban, Azərbaycan və İrandan əldə edilə biləcəyini bildirən ekspertlər bu ölkələrin SSRİ zamanınında tərəvəz ixracatına görə Türkiyədən sonra ikinci yerdə olduğunu bildiriblər.
Ötən ilin noyabrında Türkiyə Rusiyaya məxsus Su 24 təyyarəsini Türkiyə-Suriya sərhədlərində vurduğu üçün iki ölkə arasında vəziyyət kəskin şəkildə pisləşib. Bundan sonra Rusiya Türkiyə məhsullarına, şirkətlərinə və s sanksiyalar tətbiq edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре