Xəzər TV-nin aparıcısndan həmkarları haqda etiraf

Day.Az представляет новость на азербайджанском языке

Xəzər TV-nin "Evdəkilərə salam" verilişinin aparıcısı Aytəkin Mərdanova tədbirlərdən birində fotokameramızın qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, o, digər telekanallarda çalışan həmkarları haqda fikirlərini bildirib:
 
"Hər telekanalın seçilən aparıcıları olur, amma onlar yerlərini dəyişəndə o qədər də uğur qazanmırlar. ANS-in simaları sayılan aparıcılar başqa yerə keçirsə, bu, heç vaxt alınmır. Məsələn, Xəzər TV-nin siması da Zaur Kamaldır. Bütün aparıcıların öz tərzi, dəsti-xətti var".

Aparıcı xanım efirdə səmimi görünməyə çalışdığını deyib. O vurğulayıb ki, həyatda necədirsə, efirdə də eyni obrazdadır:

"Dona girmirəm. Olduğum kimi görünmək istəyirəm. Ona görə də bəlkə səmimiyyətimlə seçilirəm".

Aytəkin bəyəndiyi aparıcıların adlarını da çəkib:

"Başqa aparıcılardan fərqləndikləri üçün Sevil və Sevinc bacılarının seçildiyini deyərdim. İctimai Televiziyadan Saleh Bağırovu, Space TV-dən Əkbər Əlizadə, AzTV-də olan Leyla Əliyevanı da bəyənirəm. Onlar efirə yaraşan simalardı".

A.Mərdanova yay tətilindən və yeni mövsümdəki planlarından da danışıb.

"Verilişim mövsümün sonuna, yaya qədər davam edəcək. Sujet xətti müğənnilərin şəxsi həyatı, evləri və ailələri haqdadır. Ona görə yayda bölgələrdə yaşayan bəzi müğənnilərimizin qonağı olmaq istəyirik. Yeni mövsümdən də fərqli bir layihə ilə davam edəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.