https://news.day.az/azerinews/842263.html 127 nəfər selfi çəkdirərkən ölüb - ABŞ-da

127 nəfər selfi çəkdirərkən ölüb - ABŞ-da

Azərbaycanca, 19 ноября 2016 09:37 (UTC +04:00) 1 632
127 nəfər selfi çəkdirərkən ölüb

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Kornegi-Mellon Universitetinin alimləri və hindistanlı araşdırmaçılar müəyyən ediblər ki, 2014-cü ildən bu yana insanların selfi etmək istədiyi anda 124 ölüm hadisəsi qeydə alınıb.

Day.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə hesabat araşdırma qrupunun bloqunda dərc edilib.

İlk belə ölüm hadisəsi 2014-cü ildə Hindistanda qeydə alınıb. O vaxtdan bəri ölkə ölüm selfisi siyahısında liderlik edir. 76 ölüm hadisəsi məhz Hindistanda baş verib.

İkinci yerdə Pakistan qərarlaşıb. Burada da bu günə qədər 9 ölüm hadisəsi qeydə alınıb. ABŞ isə 8 ölüm hadisəsi ilə üçüncü yeri tutur. Dördüncü yerdə 6 halla Rusiya gəlir.   
 
Araşdırmaçılar aydınlaşdırıblar ki, çox vaxt selfidən ölüm hadisəsi hündürlükdən yıxılma hallarında baş verir. Sonrakı yeri boğulma halları tutur. Selfi zamanı yol-nəqliyyat hadisələri, dəmir yolunda qəzalar, silahla ehtiyatsız rəftar, heyvan hücumu və elektrik cərəyanı vurma hadisələrindən də ölüm halları qeydə alınıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости