Canavarlar kənd sakininə hücum etdi - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Şəkidə 28 yaşlı kişiyə canavar hücum edib.
Day.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, aprelin 20-də saat 21.00 radələrində rayonun Qudula kənd sakini, 1989-cu il təvəllüdlü Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Ona yaşadığı kəndin yaxınlığında canavarın hücum edib. Bəhram Seyidova xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.
Bəhram Seyidovun APA-ya bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib.
X X X
Şəki rayonunun Qudula kənd sakini Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub.
Day.Az ARB TV-yə istinadla xəbər verir ki, ona yaşadığı kəndin yaxınlığında canavar hücum edib.
Bəhram Seyidova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.
Bəhram Seyidov - Zərərçəkən: "Gördüm ki, 5 canavar gəlir, qoyuna hücum edir. Qarşısını aldım. 4-ü qayıtdı, 1-i qayıtmadı. 1 heyvanımızı yaraladı. Heyvanı buraxıb özümə hücum etdi. Artıq özümüzə hücum edirlər. Qarşısını ala bilmirik".
Bəhram Seyidov bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib.
Videonu izləmək üçün şəklə klikləyin:
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре