Sərdardan boşanma xəbəri ilə bağlı ilk AÇIQLAMA

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Sərdar Ortaç model həyat yoldaşı Xloe Louqnanla boşanma xəbərinə münasibət bildirib.

Day.Az axşam.az-a istinadən bildirir ki, Xloenin bu səhər ifaçını sosial şəbəkədə izləmədən çıxarması ağıllara cütlüyün ayrılması ilə bağlı fikirlər gətirib.

Daha əvvəl də boşanacaqları deyilən Sərdarla Xloenin bu hərəkətinə sənətçidən ilk açıqlama gəlib. Verilişlərdən birinə zəng vuran Ortaç "Səhərdən hamı məni axtarır. Boşanmadıq" deyib.

Qeyd edək ki, cütlük arasında tez-tez uşaq mövzusuna görə mübahisə düşür. Sərdar ata olmaq istəsə də, xanımı buna qarşı çıxır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.