https://news.day.az/azerinews/939690.html Ekranın mavi işığı korluğa səbəb ola bilər Day.Az представляет новость на азербайджанском языке ABŞ alimlərinin apardıqları tədqiqatlardan bəlli olub ki, ekranın mavi işığı korluğa səbəb ola bilər. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, smartfonların, planşetlərin, televizorların və şəxsi kompüterlərin monitorları gözə mənfi təsir göstərir.

Ekranın mavi işığı korluğa səbəb ola bilər

Azərbaycanca, 9 октября 2017 23:03 (UTC +04:00) 483
Ekranın mavi işığı korluğa səbəb ola bilər

Day.Az представляет новость на азербайджанском языке

ABŞ alimlərinin apardıqları tədqiqatlardan bəlli olub ki, ekranın mavi işığı korluğa səbəb ola bilər.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, smartfonların, planşetlərin, televizorların və şəxsi kompüterlərin monitorları gözə mənfi təsir göstərir. Tədqiqatçılar monitorun mavi işığının insan görməsinə zərərli olduğunu bildiriblər. Şüalanma ilk növbədə göz retinasına mənfi təsir göstərir. Gözdə yaranan problemlər bu cihazlardan nə qədər çox istifadə edilməsindən asılıdır. Alimlər mütəmadi olaraq həkim-oftalmoloqun müayinəsindən keçməyənlərin gələcəkdə kor olma risklərinin olduğunu bildiriblər. Elm adamları gələcəkdə baş verə biləcək korluğun qarşısını almaq üçün yatmazdan iki saat əvvəl smartfon və planşetlərdən istifadə etməməyi məsləhət görüblər. Bu zaman gözlər mavi işığın mənfi təsirindən qorunurlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости