Mənzil bazarında yeni tendensiya

Day.Az представляет новость на азербайджанском языке

Son zamanlar mənzil bazarında yeni tendensiya yaranıb. Day.Az bildirir ki, ev satanlar mənzillərini əşyaları ilə birlikdə satmağa üstünlük verirlər.

Rieltorlar deyir ki,alıcılar da məhz hazır əşyaları ilə satışa çıxarılan evlərə üstünlük veririlər.

İçində hazır mebelləri olan evlərin satışı zamanı əşyalar dəyərindən aşağı qiymətə olur. Bəzi alıcılar bunun daha sərfəli olduğunu düşünsə də, dizayn baxımından razılaşmayanlar da var.

Mənzil alqı satqısı zamanı əşyaların köçürülməsi zamanı bir çox hallarda problem yaranır. Elə buna görə də əşyalı evlərə tələbat çoxdur.

Ümumiyyətlə son 2-3 ayda mənzil bazarında durğunluq yaşanır. Rieltorlar evlərin satışının aşağı düşdüyünü deyir. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Mənzil bazarında yeni tendensiya: Evlər əşyaları ilə birlikdə satılır