Facebook profili 100 manata sındırırlar

Day.Az представляет новость на азербайджанском языке

Başqasının Facebook hesabını sındırmaq və "votsap" yazışmalarını əldə etmək cəmi yüz manata.

Üstəlik bundan əlavə şəxsi həyata müdaxilə edən əlavə bəzi xidmətlər də təklif olunur. Qarşı tərəfin şəxsi foto və videolarına baxmaq, harada olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışdığı izləməyin yollarını da öyrədirlər. Day.Az xezerxeber.az-a istinadən bildirir ki, internetdə bu xidmətləri təklif edən hakerlər açıq şəkildə internetdə elan verirlər. Onların özləri də etiraf edir ki müştəri cəhətdən heç də qıtlıq çəkmirlər onlar ən çox müraciət ednələr isə qadınlardır. Qiymət isə sındırılan sosial media hesabına görə dəyişir.

Bu şəxs istənilən profili sındırmağın mümkün olduğunu deyir. Etdiyi işin qanunsuz olduğunu dedikdə isə özünün kəşf etdiyi dırnaqarası qanunla özünə bəraət qazandırır.

Mütəxəssislər də hesabların sındırılmasının mümkünlüyünü, buna isə yetərli təhlükəsizlik tədbirlərini görməyən istifadəçilərin rəvac verdiyini deyirlər.

İşin hüquqi tərəfinə gəldikdə isə başqasının şəxsi internet hesabını sındıranlarla yanaşı bunu sifariş edənlər də Azərbaycan qanunnvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır.

Ümumiyyətlə bu cür hallarla qarşılaşan istənilən şəxs rabitə və yüksək texnologiyalar nazirliyinin elektron təhlükəsizlik mərkəzinin qaynar xəttinə müraciət edə bilər.Və bundan sonra başqasının şəxsi həyatına müdaxilə etmək istəyən şəxs və ya şəxslər barəsində araşdırma aparılaraq hüquq mühafizə orqanlarına təqdim edilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial şəbəkə istifadəçilərinin DİQQƏTİNƏ