Qəbizliyin 5 əsas səbəbi
Day.Az представляет новость на азербайджанском языке
Bəzi insanlar fikirləşir ki, defekasiya (nəcis ifrazı) hər gün olmalıdır. Əks halda bu qəbizlikdir.
Əslində isə bu belə deyil. Day.Az saglamolun.az-a istinadən bildirir ki, qəbizliyin konkret simptomları var:
- nəcis kütləsinin bərk olması
- defekasiyanın ağrılı olması və çətinliklə baş verməsi.
Bəzi hallarda qəbizlik hər hansı xəstəliyin simptomu kimi meydana çıxa bilər (babasil, bağırsaq polipləri və şişləri, qalxanvari vəzi və maddələr mübadiləsi xəstəlikləri və s.). Lakin xoşbəxtlikdən əksər hallarda qəbizliyin səbəbi xəstəlik deyil, digər amillərdir ki, bu amilləri aradan qaldırdıqda qəbizlik də özü-özündən keçir. Beləliklə, qəbizliyin yayılmış səbəbləri arasında:
1. Düzgün olmayan qidalanma
Qidalanmada asan mənimsənilən qidaların (fast-fud, bulka, şirniyyatlar, ağ çörək və s.) üstünlük təşkil etməsi, qidalı liflərlə zəngin olan qidaların isə (meyvə-tərəvəz, yarmalar, paxlalar) əksinə az olması.
2. Mayenin az qəbulu.
Hər bir sağlam insan gün ərzində 1,5-2 l təmiz su içməlidir. Bu yoğun bağırsağın normal fəlaiyyətinin əsas şərtidir.
3 Bəzi dərman preparatların nəzarətsiz və (və ya) uzun müddət ərzində qəbulu (sidikqovucular, dəmir, kalsium preparatları, antidepressantlar, iltihabəleyhinə preparatlar və s.).
4. Azhərəkətli həyat tərzi.
Bağırsaqların normal işləməsi üçün hərəkətlilik olduqca vacibdir. Fiziki aktivlik zamanı bağırsaqların peristaltikası yaxşıalşır ki, bu da defekasiya aktını daha asan edir.
5. Stress.
Bu da qəbizliyin əsas səbəblərindən biridir. Bağırsaq çox həssas orqandır və stress, gərginlik, əsəbilik onun fəaliyyətini ciddi şəkildə pozur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре