https://news.day.az/azerinews/943990.html Azərbaycanda bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə... - VİDEO Day.Az представляет новость на азербайджанском языке Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir... Day.Az bildirir ki, Qazaxdakı çay evlərindən birində maraqlı ismarıclara rast gəlmək olar. Buraya gələn müştərilər gedərkən bir mesaj qoyur.

Azərbaycanda bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə... - VİDEO

Azərbaycanca, 24 октября 2017 00:03 (UTC +04:00) 2 485
Azərbaycanda bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə...

Day.Az представляет новость на азербайджанском языке

Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir...

Day.Az bildirir ki, Qazaxdakı çay evlərindən birində maraqlı ismarıclara rast gəlmək olar.

Buraya gələn müştərilər gedərkən bir mesaj qoyur. Bu ismarıclar ya sevgi etirafları olur, ya ad günü təbrikləri, ya da aforizm və ya gülüş doğuran sözlər. Əksər müştərilərinin gənclər olduğu çay evində belə ənənə təxminən 1 ildir davam edir.

Müştəriləri buraya çəkən əsas səbəb də elə içəridə yazılan ismarıclardır. Onlar deyirlər ki, bura gəlib həm əylənir və istirahət edir, həm də özlərindən bir xatirə qoyub gedirlər.

Obyekt sahibi deyir ki, ismarıcların yazılması ideyası müştəri fəallığını artırmaq və daha çox gəncləri cəlb etmək olub ki, buna da nail olublar. Fəaliyyət göstərdiyi 1 il ərzində çay evində təxminən 2 minə qədər ismarıc yazılaraq divarlara yapışdırılıb. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu çay evi diqqəti cəlb edir: Kimisi sevgi etirafı yazır, kimisi isə irad və təklifini bildirir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости