https://news.day.az/azerinews/943993.html Qubada istifadəsiz qalan quyudan neft çıxdı - VİDEO Day.Az представляет новость на азербайджанском языке İllərdir istifadə olunmayan quyudan neft çıxıb. Bura Qubanın Talabı kəndidir. Kənd sakinləri deyirlər ki, ərazidəki köhnə quyudan neftin çıxdığını onlar təsadüfən aşkar ediblər. Day.Az xezerxeber-ə istinadla əbər verir ki, bu prosesin bir müddətdir davam etdiyi bildirilir.

Qubada istifadəsiz qalan quyudan neft çıxdı - VİDEO

Azərbaycanca, 24 октября 2017 00:00 (UTC +04:00) 1 357
Qubada istifadəsiz qalan quyudan neft çıxdı

Day.Az представляет новость на азербайджанском языке

İllərdir istifadə olunmayan quyudan neft çıxıb.

Bura Qubanın Talabı kəndidir. Kənd sakinləri deyirlər ki, ərazidəki köhnə quyudan neftin çıxdığını onlar təsadüfən aşkar ediblər. Day.Az xezerxeber-ə istinadla əbər verir ki, bu prosesin bir müddətdir davam etdiyi bildirilir. Kəndin 63 yaşlı kənd sakini Ağanur Beybalayevin sözlərinə görə, 47-48 il əvvəl Bakıdan geoloqlar kəndə neftə görə gəliblər.

Hətta quyudan neft də çıxıb. Ancaq illər sonra quyunun ağzını bağlayıb gediblər. İndi isə neft quyusu yenidən aktivləşib.

Quba rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi Xanlar Heybətov 1969-70-ci illər ərazidə neft quyusunun qazıntısına başlandığını, 4-5 il neft çıxandan sonra isə bu prosesin dayandığını deyib.

 

Hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qubada istifadəsiz qalan quyudan neft çıxdı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости