https://news.day.az/azerinews/943998.html Maşının ətrafında iki nəfər qaldı – İştirakçılardan biri getdi - FOTO ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun ilk final gecəsi başlayıb. Day.Az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu yarışmada maşının ətrafında 3 iştirakçı qalıb. Vüsalə Əlizadə, Xatun Əliyeva və Talıb Taleh 24 saatdır ki, maşının ətrafındadırlar.

Maşının ətrafında iki nəfər qaldı – İştirakçılardan biri getdi - FOTO

Azərbaycanca, 24 октября 2017 00:14 (UTC +04:00) 3 858
Maşının ətrafında iki nəfər qaldı

ATV-də "Xanımlar və cənablar" devizi ilə yayımlanan "Maşın" şounun ilk final gecəsi başlayıb.

Day.Az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu yarışmada maşının ətrafında 3 iştirakçı qalıb. Vüsalə Əlizadə, Xatun Əliyeva və Talıb Taleh 24 saatdır ki, maşının ətrafındadırlar. İştirakçılar gecəni yaxşı keçirdiklərini, deyib-güldüklərini və mütaliə etdiklərini bildiriblər. Yalnız Vüsalə Əlizadə uzun müddət ayaq üstə qaldığına görə ayaqlarında ağrı hiss etdiyini deyib. 

Verilişdə müğənni Ədalət Şükürov ifa edib. Sonra iştikçılkardan Vüsalə Əlizadənin evindən sujet göstərilib. Sujetdə Vüsalə Əlizadənin azyaşlı qızı Dilək, anasının fotoları ilə bəzədilmiş ürək şəkilli yastıq göndərib. Həmin yastığı canlı yayımda nümayiş etdirən Murad Dadaşov Vüsaləni yanına dəvət edib. "Məncə bu ürəyə görə bura gəlməyə dəyər". 

Vüsalə əlini çəkərək aparıcıya yaxınlaşıb. Bundan sonra Vüsalənin bu gün səhərə yaxın əlini maşından çəkməsi barədə sujet göstərilib. Beləliklə maşın Vüsalə Əlizadə üçün əldən getdi. Hazırda Xatunla Talıb mübarizəni davam etdirir. 

  • Maşının ətrafında iki nəfər qaldı
  • Maşının ətrafında iki nəfər qaldı
  • Maşının ətrafında iki nəfər qaldı
  • Maşının ətrafında iki nəfər qaldı
  • Maşının ətrafında iki nəfər qaldı
  • Maşının ətrafında iki nəfər qaldı
  • Maşının ətrafında iki nəfər qaldı
  • Maşının ətrafında iki nəfər qaldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости