Bakı şəhərinin daxilinə yeni dairəvi yol çəkilir - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Rayondan Bakıya gələn sürücülər Bakı dairəvi yolundan şəhər mərkəzinə daha tez çata biləcəklər. Yaxın vaxtlarda xarici dairəvi yolu Abbas Mirzə Şərifzadə küçəsinə birləşdirən 1,5 km uzunluğu olan yeni yol salınacaq. Bu yolun sürücülər üçün böyük alternativ olacağı gözlənilir
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, sürücülər Bakı Xarici Dairəvi yoldan şəhər mərkəzinə daha asan və qısa məsafədə çata biləcəklər. Bu Dairəvi yolu Abbas Mirzə Şərifzadə küçəsi ilə birləşdirəcək yeni yolun çəkilməsindən sonra mümkün olacaq. Yeni yol həm də "Mənzil İnşaatı Dövlət Agentliyi"nin ərazisindən keçəcək.
Hazırlıq mərhələsində olan layihə yaxın vaxtlarda tamamlanaraq aidiyyatı qurumlara göndəriləcək
Yeni yolda avtomobillərin rahat geri dönüş etmələri üçün dairənin də olacağı gözlənilir
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Videonu izləmək üçün şəkilə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре