Bakıda inanılmaz fırıldaq - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Bakıda daha bir tikinti şirkəti vətəndaşa qarşı inanılmaz fırıldaqlıq edib. Yeni tiklən binadan ev alan şəxs sonrada onu kirayə verib. Amma illər sonra evin sahibi qəribə hadisə ilə üzləşib.
Day.Az bildirir ki, zərərçəkmiş Rövşən Ağayev Yasamal rayon polis idarəsinə də müraciət edib. Hazırda polis şikayət əsasında məsələni araşdırır.
Hadisə yeni tikilən binalardan alınan mənzillərin müqavilə sənədinin nə dərəcədə etibarlı olmasını gündəmə gətirir. Paytaxda inşa edilən bir çox hündürmərtəbəli binalardakı evlər çıxarışla yox, müqavilə sənədi ilə satılır. Təəssüflər olsun ki bəzi hallarda MTK -lar vətəndaşların inamından sui istifadə edirlər.
Mütəxəssislər isə bildirir ki,ev alan vətəndaş mütləq hüquqşünasla məsləhətləşməlidir.Bəzi hallarda 100-150 min manat verib ev alan şəxs 50-60 manat ayırıb müqaviləni hüquqşunasa oxutdurmur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре