Aygün: "Hər hoqqadan çıxmışam" - VİDEO
Day.Az представляет новость на азербайджанском языке.
Xalq artisti Aygün Kazımova "Onlar" verilişinə açıqlama verib.
Axşam.az-ın məlumatına görə, müğənni yeni imicindən bəhs edib.
A.Kazımova ünvanına deyilən, "Özünü Ledi Qaqaya və Niki Minaja bənzədir" iddialarına cavab verib:
"İlk dəfə 2001-ci ildə saçlarımı göy rəngə boyamışdım. Ona görə də mən özümü dünya ulduzlarına bənzətmirəm. Bu il çəhrayı, yaşıl, göy rəng dəbdir. Saçları belə rəngə boyamaq isə əsl risk idi. Hər adam bunu daşıya bilməz. Seçilən ulduzlar belə rəngə boyaya bilər. Elə bir hoqqa yoxdur ki, ondan çıxmayım. Evdə oturmuşdum, düşündüm və saçımı belə rəngə boyamaq qərarına gəldim. Ustaya deyəndə, riskli olduğunu bildirdi. Həmin an dedim ki, mütləq belə olacaq. Axı riski sevirəm".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

