https://news.day.az/azerinews/1011811.html Komandasının iftarı üçün iki dəfə yıxıldı - Maraqlı olay - FOTO - VİDEO Day.Az представляет новость на азербайджанском языке Tunisin futbol yığmasının qokiperi Muəz Hassen komanda yoldaşlarının iftarlarını açmaları və su içib azacıq yemək yemələri üçün iki dəfə simulyasiya edib.

Komandasının iftarı üçün iki dəfə yıxıldı - Maraqlı olay - FOTO - VİDEO

Azərbaycanca, 5 июня 2018 13:37 (UTC +04:00) 1 275
Komandasının iftarı üçün iki dəfə yıxıldı - Maraqlı olay

Day.Az представляет новость на азербайджанском языке

Tunisin futbol yığmasının qokiperi Muəz Hassen komanda yoldaşlarının iftarlarını açmaları və su içib azacıq yemək yemələri üçün iki dəfə simulyasiya edib.

Milli.Az European-a istinadən bildirir ki, komandasının Türkiyə və Portuqaliya yığmaları ilə yoldaşlıq matçlarında o, hər oyunda iftar vaxtı çatan kimi yerə yıxılıb, guya zədələndiyini göstərməyə çalışıb.

Bu zaman komandanın oyunçuları dərhal məşqçilərin yanına qaçıblar. Məşqçilər isə futbolçulara yemək və su veriblər.

Hər iki halda "zədə" yüngül olduğundan Muəz Hassen oyuna davam edib.

İftarda su içib yemək yeyən tunisli futbolçular isə daha yaxşı oynamağa başlayıblar.

Məsələn, iftara qədər Portuqaliya yığması hesabda 2:1 irəli olsa da, iftardan sonra hesab bərabərləşib. Türkiyə yığması ilə qarşılaşma da 2:2 hesabla başa çatıb.

Tunis yığması DÇ-2018-in final mərhələsində mübarizə aparacaq. DÇ-2018-in matçları 14 iyun-15 iyul günlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Komandasının iftarı üçün iki dəfə yıxıldı - maraqlı olay

  • Komandasının iftarı üçün iki dəfə yıxıldı - Maraqlı olay

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости